Saytımıza xoş gəlmisiniz

Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Oxunma sayı: 38

de3e678e13757891a723d03faa60ed41

Sentyabrın 13-də “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil Nazirliklərinin dəstəyi ilə Hərbi Dəniz Qüvvələrində 15 sentyabr – Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Müdafiə və Təhsil Nazirliklərinin, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin nümayəndələri, şəhid, hərbçi və aztəminatlı ailələrin övladları, istedadlı şagirdlər və valideynlər iştirak edib.

Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi,  dövlət qulluqçusu Zümrüd Səmədova, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, tarixçi Rizvan Hüseynov çıxış edərək Bakının azad edilməsinin müstəqil dövlətçiliyimizin tarixindəki əhəmiyyətindən danışıblar.

Çıxış edənlər Bakının azad olunması üçün keçirlən hərbi əməliyyatlarda yüzlərlə türk əsgərinin şəhid olduğunu, müxtəlif rayonlarda türk şəhidlərinin məzarlarının indi də ehtiramlarla əhatələndiyini, Bakıdakı Şəhidlər Xiyabanında da türk əsgərlərinin xatirəsinə abidə kompleksinin ucaldıldığını bildirdilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*