Saytımıza xoş gəlmisiniz

BAŞLIBEL FACİƏSİ…

Oxunma sayı: 952

Kəlbəcər rayonunun ən böyük yaşayış məntəqələrindən olan Başlıbel kəndi məhz 25 il bundan qabaq aprel ayında erməni təcavüzkarları tərəfindən işğal olundu. Üç minə yaxın əhalisi, 350 təsərrüfatı, 350 şagirdlik orta məktəbi, mədəniyyət evi, xəstəxanası olan bu kənd işğaldan sonra büsbütün yandırıldı. Dinc əhalinin böyük bir hissəsi 113 gün mühasirə vəziyyətində dağlarda, mağaralarda qaldı. Onların böyük əksəriyyəti çətin iqlimə, əlverişsiz dağ yollarına tab gətirməyərək həyatını itirdi. Bir qismi isə erməni vandalları tərəfindən qətlə yetirildi…

Karabakh.tv o dövrlərdə olmazın əzablara sinə gərən Başlıbel sakinlərinin 3 aydan çox davam edən ürək ağrıdan həyat hekayəsini bölüşür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*