Saytımıza xoş gəlmisiniz

Belaruslu ekspert: “Rusiya KTMT-yə görə Minsk və Astananı dəstəkləyəcək” – MÜSAHİBƏ

Oxunma sayı: 98

2018/11/2adb1-1542625353.jpg  

Aydındır ki, Paşinyan təşkilatda konsensus qərar qəbul edilməsi prosesini xatırladır. Mənim fikrimcə, yeni KTMT Baş katibinin İrəvan tərəfindən “torpedo atəşinə” tutulması, digər ölkələrlə, ilk növbədə Qazaxıstan və Belarusla münasibətlərdə gərginliyin artmasına səbəb olacaq.

Ordu.az Belaruslu politoloq Aleksandr Feduta ilə müsahibəni təqdim edir:

– Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən KTMT Baş katibliyi ilə bağlı səsləndirdikləri açıqlamaları izah etməyi tələb edəcəyini bildirib. Bu barədə nə düşünürsünüz?

– Ermənistanın Baş nazirinin reaksiyası aydın və başadüşüləndir. Cənab Paşinyan Ermənistanın KTMT Baş katibi kimi təmsil etdiyi müddətin sona çatmasına qədər Ermənistanın hüquqları müdafiə etməlidir. Əks halda Ermənistan daxilində – hökumət general Xaçaturovu geri çağırmaqla düzgün addım atıbmı? – sualı yaranacaq.


Aydındır ki, Paşinyan təşkilatda konsensus qərar qəbul edilməsi prosesini xatırladır. Mənim fikrimcə, yeni KTMT Baş katibinin İrəvan tərəfindən “torpedo atəşinə” tutulması, digər ölkələrlə, ilk növbədə Qazaxıstan və Belarusla münasibətlərdə gərginliyin artmasına səbəb olacaq. Nazarbayev və Lukaşenko balaca uşaq deyillər ki, Ermənistan dayı roluna qirərək onlari tərbiyələndirsin. Mənə elə gəlir ki, Rusiya bu mövzuda Belarus və Qazaxıstanı dəstəkləyəcək. Onda nə olacaq? Конфликт Пашиняна теперь уже с Путиным – из-за практически церемониальной должности? İndi Paşinyan Putun ilə təntənəli mövqeyinə görə münaqişə vəziyyətindədir. Mənə elə gəlir ki, bir razılıq əldə olunacaq və Ermənistan say çoxluğuna güzəştə gedəcək.

– Erməni mətbuatı Belarusu KTMT Baş katibi məsələsində Bakının maraqlarını lobbiləşdirməkdə günahlandırır. Bu barədə nə deyə bilərsiz?

– Əgər Azərbaycan KTMT-yə üzv olsaydı və onun nümayəndəsinin namizədliyi sədr vəzifəsinə irəli sürülərdisə, o zaman lobbiləşdirməkdən danışmaq olardı. Lakin A. Lukaşekno Belarus nümayəndəsini irəli sürməklə yalnız öz ölkəsinin maraqlarını lobbiləşdirir.

– Ermənistan hakimiyyət orqanları, öz nümayəndələrinin təyin edilmədiyi halda etirazlarını bildirmək üçün hər hansı bir tədbir görə bilərlərmi?

– Yəni təşkilatda üzvlüyünü dayandırmaq? Mənə elə gəlir ki, KTMT qapalı bir klubdur, giriş -1, çıxış isə -5 rubldur. Çox şübhəli bir haldır. Lakin Belarus tərəfinin Paşinyanın simasında rəqib əldə etdiyi şübhəsizdir.

Zaur Nurməmmədov

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*