Saytımıza xoş gəlmisiniz

Belarusun Azərbaycana silah satması Paşinyanı ciddi narahat edir

Oxunma sayı: 28

Belarusun Azərbaycana silah satması Paşinyanı ciddi narahat edir

“Azərbaycana silah satılması Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mahiyyətinə ziddir” 

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu dəqiqələrdə keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlərin “KTMT-nin baş katibi postu ilə əlaqədar İrəvanla Minsk arasında kəskin bəyanatlar mübadiləsindən sonra ötən gün Belarusla Azərbaycan arasında hərbi memorandumun imzalanması Minskin Ermənistana cavabıdırmı?” sualına Paşinyan cavabında bildirib ki, hələ 3 ay bundan əvvəl “Polonez”lərlə bağlı Bakı ilə Minsk arasında müqavilə imzalanıb və bu, KTMT-nin baş katibi postunda Ermənistan nümayəndəsinin olduğu zaman baş verib.

“Bizim mövqeyimiz aydındır. Biz bu cür sazişləri (Azərbaycana silah tədarükü barədə) qınayırıq və hesab edirik ki, bu, Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əməkdaşlığın ruhuna ziddir. Daha əvvəl də söylədiyim kimi, indiki mərhələdə əsas məsələ budur: Biz izahat almalıyıq və və hər bir ölkəyə aydın olmalıdır ki, onun öz tərəfdaşları və təşkilat qarşısındakı öhdəlikləri, eləcə də, təşkilatın üzv dövlətlər qarşısında öhdəlikləri nədir. Biz öz müttəfiqlik öhdəliklərimizi yerinə yetiririk, lakin bir sıra digər tərəfdaşlarımız barədə eyni şeyi deyə bilmirik”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, ötən gün Belarusa səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra silahlar və hava hücumundan müdafiə texnikaları ilə təchizat sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair Belarusun Hərbi-Sənaye Dövlət Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Ölkə başçısı bildirib ki, “Belarusdan növbəti partiya hərbi texnikanın əldə edilməsi üçün ən qısa vaxtda bu memorandum müqaviləyə çevriləcək.”

Leyla Elbrusqızı 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*