Saytımıza xoş gəlmisiniz

Bir qrup gənc hərbi dənizçilərin qonağı olub

Oxunma sayı: 199

16bb96984f1d6bdb0b06c4b151ad85cd

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən Hərbi Dəniz Qüvvələrində mədəni-kütləvi tədbir keçirilib.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri hərbi dənizçilərin qonağı olublar.

Görüş zamanı qonaqlar gəmilərdə hərbi qulluqçuların xidməti və sosial-məişət  şəraiti ilə tanış olublar. Dənizçi zabitlər gəncləri maraqlandıran sualları da cavablandırıblar.

Sonda xatirə şəkilləri çəkdirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*