Saytımıza xoş gəlmisiniz

Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi…

Oxunma sayı: 85

Azərbaycanın işğal altındakı bölgələrindən birində yaşayan erməni Aren Xaçatryan 7 ildir ki, kənd təsərrüfatıyla məşğuldur.

Moderator.az xəbər verir ki, ingilisdilli separatçı erməni nəşrlərinin yazdığına görə, son 3 ildə həmin dığa nar tinglərinin yetişdirilməsinə və alverinə girişib. Birinci il Aren cəmi 1000 ting satıb. İkinci ildə bu rəqəm 5 minə çatıb. İndi isə  Xankəndindəki qondarma separatçı rejimin “ kəndə və kənd təsərrüfatına yardım fondu”nun dəstəyi ilə artıq A.Xaçatryanın satmaq üçün 115 min tingi var.

Qarabağda tinglərin satışı noyabrın sonunda başlanır və aprelədək davam edir.  Gənc erməni bağban torpaqlarımızın daha 3 hektarında  digər meyvə ağaclarını da yetişdirir: alma, armud, heyva, əncir, şaftalı, ərik, gilas, gilanar və s.

“Bu il biz 35 hektarda günəbaxan, 10 hektarda qarabaşaq(Azərbaycan dilində öyrənməyə və deməyə çətinlik çəkənlərə izah: “qreçka”-S.L.) və 25 hektarda buğda becərmişik. Kənd təsərrüfatının inkişafı üçün əsas olan əlverişli iqlim şəraitidir ki, bu da Qarabağda var” -deyə erməni aqronom böyük ümidlə danışır.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*