Saytımıza xoş gəlmisiniz

“Bu, informasiya müharibəsində mövqeyimizi gücləndirəcək” – Ekspert

Oxunma sayı: 38

elnur_elturk

“Son günlər “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində xüsusilə, ingilis dil bölməsində Qarabağa aid birtərəfli məqalələrlə bağlı çox suallar ünvanlanır”.

Karabakh.tv Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

Ekspert qeyd edib ki, bu gün Azərbaycanın informasiya müharibəsində yaradılan məqalələrin redaktəsi önəmlidir:
“Xarici dil bölməsində əsas mənbə və istinadlardır. Dünyanın nüfuzlu qəzet və jurnallarında, akademik dərgilərində Qarabağ həqiqətlərinə aid obyektiv məqalələr çap olunmalıdır. Nüfuzlu xarici mütəxəssislərin Qarabağ həqiqətlərini əks-etdirən elmi araşdırmaları yayımlanarsa, bizim informasiya müharibəsində mövqelərimiz möhkəmlənəcək. Bu həm də “viki”çilərimizin əlini gücləndirir və onlara müzakirələrdə qarşı tərəfi fakt qarşısında qaymaq üçün əlavə imkanlar yaradır. Təəssüf ki, erməni lobbisi elmi əsası olmayan məqalə və kitablarla dünya ictimaiyyətinə çaşdırır. Bu da “Vikipediya”da yaradılan məqalələrə birbaşa təsir edir.

Azərbaycanın “Viki” könüllüləri əllərindən gələni edirlər. Mümkün vasitələrlə məqalələri redakatə etməyə çalışırlar. Onlar bəzən “Vikipediya”da hansısa məqaləni redakə etmək üçün günlərlə, hətta aylarla müzakirələrdə iştirak edirlər. Bəlkə də kiməsə kənardan asan görünə bilər. Ancaq elə deyil. Müzakirələrin özü də insana əsəb, stress yaşadır. İstərdim ki,dil bilgiləri zəngin olan “Vikipediya”da fəal olsunlar. Onlar “Vikipediya” sərbəst ensiklopedik resusrda haqlı mövqelərimizin güclənməsində iştirak etməlidirlər.

Mən “Viki”çilərimizi də informasiya müharibəsinin əsgəri aldandırardım. Onlara həqiqətən təşəkkür düşür”.

Müəllif: Mənsur Rəğbətoğlu

https://teleqraf.com/news/toplum/264886.html

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*