Saytımıza xoş gəlmisiniz

“Cənab Paşinyan, biz baş nazir seçmişik, diktator yox..!”

Oxunma sayı: 671

34583187_2081130342160662_6490750600022589440_n

“Yeni hakimiyyətin getdiyi yol demokratik deyil. Biz baş nazir seçmişik, diktator yox!”

Karabakh.tv xəbər verir ki, bu sözləri Ermənistanın Respublika Partiyasının (ERP) sədri, parlamentin vitse-spikeri Eduard Şarmazanov laragir.am saytına müsahibəsində silahdaşı David Ambarsumyanın həbsi haqqında danışarkən deyib:

“Dərinə getsək, çox qanunsuzluqlar ortaya çıxacaq. Məsələn, Radio evindəki müdaxilələrin, insanların ünvanına söylənilən təhqirlərin heç bir əsası yoxdur. Bütün hallarda ERP-yə qarşı terror hüquqa ziddir. Cənab, Paşinyan! Sözüm sizədir! İnqilab sevgidir deyirlər. Birincisi, bu inqilab deyildi, hakimiyyət dəyişikliyi idi! İkincisi, bu hakimiyyət dəyişikliyində heç bir sevgi yoxdur! Ancaq və ancaq qəzəb və nifrət var!..”

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*