Saytımıza xoş gəlmisiniz

“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmi təqdim olunub

Oxunma sayı: 452

film_poster_240518_2

1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi.

Trend-in məlumatına görə, məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək məqsədilə, “Veysəloğlu Şirkətlər Qrupu” özünün təşəbbüskarlığı və “Cinealliance” Kinoşirkətinin yaradıcı komandası ilə “Cümhuriyyətin 9 şəkli” filmini ərsəyə gətirməyi qərara alıb.

Baş verənlər tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanması, Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər kecəndən sonra belə ailəsində yaşanan ideoloji muhitin yaradılmasıdır.

Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.

Vizual mətnin əsas mesajı iki illik mohtəşəm tarixi bir insanın duşuncə süzgəcindən kecirə bilməsidir. Bu günkü tamaşacıya bəsit dəlillərlə və cox sadə bir dildə tarixin catdırılmasıdır. O, möhtəşəm iki ildə dovlət quruculuğu prossesinin bir cox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poct teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xususi olaraq filmdə vurğulanır.

Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və videoarxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanması Azərbaycan kinosu ücün yeni bir sintez mədəniyyəti formalaşdırır.

Film baba ilə nəvənin timsalında iki muxtəlif baxış bucağının, iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil oz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu ilə belə bir ideoloji muhitdə böyüyür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*