Saytımıza xoş gəlmisiniz

“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsi başa çatıb

Oxunma sayı: 46

deniz_kuboku_030818_01-1

Bakıda keçirilən “Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsi başa çatıb.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən bağlanış mərasimində müsabiqədə iştirak etmiş ölkələrin hərbi dənizçilərinə mükafatlar verilib.

“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinin qalibi Rusiya hərbçiləri olub. İkinci yeri Qazaxıstan tutub, üçüncü yerlərdə isə Azərbaycan və İran hərbçiləri qərarlaşıblar.

Mükafatlandırma mərasimində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov, Hərbi Dəniz Qüvvələrinin komandanı, birinci dərəcəli kapitan Zaur Hümmətov və digər xarici qonaqlar iştirak edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*