Saytımıza xoş gəlmisiniz

“Dağlıq Qarabağ məsələsində Azərbaycanı tək qoymayacağıq” – Ərdoğan

Oxunma sayı: 211

sfgbhswgfb4725475234752_1531379489

“Azərbaycanın ən önəmli problemi Dağlıq Qarabağ məsələsidir. Bu məsələdə heç vaxt Azərbaycanı tək qoymadıq, qoymayacağıq”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Bu mövzuda biz ən başından etibarən Azərbaycanı dəstəklədik, dəstəkləməyə də davam edirik və bundan sonra dəstəyimizi davam etdirəcəyik. Burada üç məsul ölkə var: ABŞ, Rusiya, Fransa. Təəssüf ki, istənilən səyləri ortaya qoya bilmədikləri və ya qoymadıqları üçün bu problem davam edir və həll oluna bilmir. Görünən odur ki, bundan sonra da davam edəcək və biz gündəm bu məsələ olduğu zaman istər NATO, istərsə də başka platformalarda olsun, hər zaman Azərbaycanın yanında dayanırıq. Bu məsələdə heç vaxt onları yalnız qoymadıq, bundan sonra da qoymayacağıq”, – deyə Ərdoğan vurğulayıb.

Ölkələrimiz arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığa da toxunan Ərdoğan Azərbaycan və Türkiyənin bu sahədə son dövrlərdə ciddi həmrəylik ortaya qoyduğunu bildirib.

“Əlimizdən gəldiyi qədər Azərbaycanın da müdafiə sənayesi sahəsindəki ehtiyaclarını qarşılamağa çalışırıq. Müdafiə nazirlərimiz arasında ciddi bir həmrəylik var”, – deyə o bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*