Saytımıza xoş gəlmisiniz

Daha 222 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Oxunma sayı: 35

solider_flag_100419

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti təzahürü kimi, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında 147 şəhid üzrə 222 vərəsənin də birdəfəlik ödəmə ilə təmin olunmasına dair qərar qəbul edilib. Ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.

12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, ötən dövrdə onlardan artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*