Saytımıza xoş gəlmisiniz

Daha bir erməni ABŞ Konqresinə seçildi

Oxunma sayı: 17

socia-1541582663

ABŞ-da Konqresə keçirilən aralıq seçkilər nəticəsində erməni əsilli daha bir namizəd Nümayəndələr Palatasında mandat əldə edib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Demokratlar partiyasından olan erməni əsilli Entoni Brindisi Nyu-York ştatının 119-cu seçki dairəsi üzrə respublikaçıların namizədi Klaudiya Tenneyi cüzi fərqlə geridə qoyaraq, 50,3 faiz səslə aralıq seçkilərdə qələbə çalıb.

Bununla da, Nümayəndələr Palatasında mandata sahib olan erməni əsilli qanunvericilərin sayı 3-ə çatıb. Erməni əsilli digər iki konqressmen isə Anna Eş və Cek Spiyerdir.

Qeyd edək ki, Entoni Brindisinin nənəsi Suriyanın Hələb şəhərində doğulan ermənidir.

Leyla Elbrusqızı 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*