Saytımıza xoş gəlmisiniz

Daşaltından yeni foto görüntülər yayıldı… – Fotolar

Oxunma sayı: 118

33898044_1527311797398540_5573838291360284672_n

26 ildən çoxdur erməni işğalı altında olan, 1992-ci ilin yanvarında uğrunda 100-dən çox igidimizin şəhid olduğu Şuşa rayonunun Daşaltı  kəndindən yeni foto-görüntülər yayılıb.

“KarabakhTV”  həmin görüntüləri Rusiya mediasına istinadla təqdim edir.

Qeyd edək ki, materialda verilən son məlumatlara görə, hazırda “Karintak” adlandırılmış Daşaltında 130-a yaxın evdə təxminən 600 erməni yaşayır. Əhali əsasən bağçılıq, bostançılıq və heyvandarlıqla məşğul olur.  Bir sıra iqtisadi çətinliklər içində yaşasalar da təmiz hava və su, yetişdirdikləri ekoloji təmiz meyvə-tərəvəz və heyvandarlıq məhsulları erməniləri qane edir…Kənddə “Hayastan” fondunun və bir sıra xarici xeyriyyəçilərin dəstəyi ilə icma mərkəzi, uşaq bağçası tikilib, daimi su xətti çəkilib…

Kənd yarğanla iki yerə ayrılıb. Daşaltının köhnə hissəsində 1991-1992-ci illərdəki hərbi əməliyyatlar zamanı dağıdılmış evlər hələ də olduğu kimi saxlanılır…

Sultan Laçın

34017802_1527311637398556_8316408972689014784_n

33870830_1527311770731876_8085588702828429312_n

33869752_1527311510731902_5220797846554411008_n

Yazılmış şərhlər: 1

  1. Sevindik deyir ki:

    Bu hakimiyyətin qulağına girmir Qarabağ 25 ildir vətəndə vətənsizəm((( 25 ildir yalan vədlərlə qocalıram((

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*