Saytımıza xoş gəlmisiniz

Daşnakların Qarabağdakı toplantısı başa çatdı

Oxunma sayı: 89

814fe3241cd9b308b2d672f7249ce12d

Erməni millətçilərinin işğal altındakı Dağlıq Qarabağda keçirdikləri toplantı başa çatıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Daşnaksütyun partiyasının ümumi yığıncağının sonunda təşkilatın yeni büro üzvləri seçilib. Armen Rustamyanın sədrlik etdiyi Büronun tərkibinə isə Viqen Baxumyan, Viqen Yaqubyan, Aram Qalstyan, Akop Xaçeryan, Arsen Ambartsumyan və digərləri daxildir. Ümumilikdə üzvlərin sayı 12-dir.

Qeyd edək ki, bir həftə davam edən qanunsuz toplantı Daşnaksütyunun tarixində ilk dəfədir ki, Dağlıq Qarabağda keçirilir. Bir sıra müşahidəçilər hesab edir ki, bununla erməni millətçiləri Qarabağ klanı ilə həmrəylik nümayiş etdirib və sülh danışıqlarında maraqlı görünən Paşinyana mesaj vermiş olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*