Saytımıza xoş gəlmisiniz

Deputat: Müəyyən maraqlı tərəflər qazilərin adından istifadə edərək siyasi şou yaratmağa çalışırlar

Oxunma sayı: 61

elman_nasirov_290917

Son günlər sosial şəbəkələrdə Qarabağ qaziləri ilə SOCAR təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurmanın olması ilə bağlı yayılan məlumatların və videoların araşdırılması tamamilə fərqli mənzərə ortaya çıxardı.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov SOCAR-ın mühafizə xidməti ilə bir qrup şəxs arasında baş vermiş insidenti şərh edərkən bildirib.

E.Nəsirovun sözlərinə görə, mənzərə belədir ki, həmin hadisələrdə özlərini Qarabağ qazisi kimi təqdim edən, əslində isə Qarabağ qazisinə heç bir aidiyyəti olmayan insanlar iştirak ediblər:

“Bu faktı Qarabağ qazilərinin özləri təsdiqləyirlər. Eyni zamanda, hadisə yerindən çəkilmiş video-görüntülərdən də belə məlum olur ki, həmin şəxslərin Qarabağ qazilərinə heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq müəyyən maraqlı tərəflər var ki, çalışırlar bu məsələdən siyasi şou yaratsınlar.

Əslində, bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həssas kateqoriyadan olan insanlara, o cümlədən məcburi köçkünlər və qaçqınlar, müharibə əlilləri, müharibə veteranları, şəhid ailələrinə göstərdiyi xüsusi qayğıya kölgə salmaq cəhdləridir. Heç kəsə sirr deyil ki, Prezident hər zaman, xüsusilə Qarabağ müharibəsi əlillərinə böyük qayğı göstərir, onlar mənzillərlə, avtomobillərlə təmin edilir və müavinətləri ildən-ilə artırılır”.

Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin xüsusilə 2019-cu ildə həyata keçirdiyi sosial islahatlar layihəsi elə ən çox bu məsələləri özünü ehtiva edir: “Lakin görünür müəyyən qruplaşmalar var ki, cəmiyyəti çaşdırmaq, insanları aldatmaq istəyirlər və çalışırlar ki, ölkədə formalaşmış həmrəyliyi pozsunlar. Amma bunlar mümkün deyil, bütün iftiralar və yalanlar son nəticədə bir sabun köpüyü kimi yox olur və həqiqət üzə çıxır”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*