Saytımıza xoş gəlmisiniz

Deputat: Şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin siyasi kursunun mühüm istiqamətlərindən biridir

Oxunma sayı: 137

trend_rauf_aliyev_main

Şəhid ailələri daim Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir: “1 yanvar 2019-cu il tarixinə 12 779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhidi ailəsi, 11 994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49 692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur”.

Millət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox – 626 mənzil təqdim olunub: “İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, eləcə də Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Bununla da bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb”.

O bildirib ki, 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman da buna bariz nümunədir:

“Şəhid hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərman həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm, ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə yönələn ən humanist addımlardan biri kimi qəbul edilməlidir. Bu fərmanla 9531 şəhid hərbi qulluqçunun vərəsəsinə nəzərdə tutulan birdəfəlik ödəmələr veriləcək. Artıq 3,1 min nəfərin 4,2 min vərəsəsi birdəfəlik ödəməni alıb və bu proses 2019-cu ildə yekunlaşacaq. Dövlətimizin başçısı yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü zamanı aprel döyüşlərinin bütün dünyaya Azərbaycanın güclü ordusu olduğunu və xalqımızın heç vaxt işğalla barışmayacağını göstərdiyini bildirdi. Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*