Saytımıza xoş gəlmisiniz

Deputat seçiciləri ilə görüş keçirib

Oxunma sayı: 184

30124316_1608262235960954_1479016488533753856_n

122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova Gəncədə və Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məcburi köçkünlərlə görüş keçirib.

Karabakh.tv xəbər verir ki, Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, “Xankəndi məcburi köçkünlərə dəstək” ictimai birliyinin sədri Xatirə Vəliyeva, məcburi köçkün və şəhid ailələri iştirak edib. 11 aprel Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə Xankəndi şəhəri və Xocalı rayonundan olan məcburi köçkünlər seçkilərdə yekdilliklə iştirak edərək, sabitliyin və inkişafın qarantı olan İlham Əliyev cənablarına səs verəcəklərini bildirib.

Məcburi köçkün və şəhid ailələri ilə görüşdə “Xankəndi məcburi köçkünlərə dəstək” ictimai birliyinin təşəbbüsü ilə çəkilən “Xankəndi-Kərkicahan döyüş gündəliyi” adlı sənədli film nümayiş olunub.

Sonda Xankəndi şəhərindən olan məcburi köçkünlərlə qəbul keçirən deputat Flora Qasımova onları narahat edən məsələlərlə maraqlanıb, seçicilərin suallarını cavablandıraraq təkliflərini dinləyib.

Səbuhi Gündüz

Karabakh.tv

b80d9afb-4880-47a1-8302-9d6944ac292f

b8d34ea5-a5fd-4335-9d66-5714bf632461

30127857_1608265492627295_205051398092488704_n

30124477_1608265245960653_5220188017032953856_n

56d93024-eac0-45e3-af04-2e182c66d31f

06330b00-9eca-4841-902d-6e752974c43a

23215f3d-33a8-4223-9085-5f5c91fac739

29791695_1608264882627356_925094547778699264_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*