Saytımıza xoş gəlmisiniz

“DQR” “dövlət naziri” Xocalıda 6 ERMƏNİ AİLƏSİNƏ 1000 DOLLAR bağışladı – Fotolar

Oxunma sayı: 194

27783222_1395556533907401_865542386_n

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “dövlət nazir”i adlanan  Araik Arutyunyan Xocalı rayonunun iki kəndində yaşayan 6 erməni ailəsinə yardım edib. “KarabakhTV”-nin verdiyi xəbərdə deyilir ki,  Arutyunlar ailəsinin nümayəndələrindən biri olan Norayr Arutyunyan rejimin “Əsgəran rayonu”a daxil etdiyi Xocalı rayonunun Xaçmaç və Qızıloba(ermənilər “Karmirgyux” adlandırıb) kəndlərinə baş çəkib. O, yeni övladları doğulmuş 6 ailənin hər birinə 1000 dollar bağışlayıb.  Təzə evlənmiş ailələrdən  birinə isə əlavə 200 min dram(təxm. 406 dollar) da verilib.

Xəbərdə qeyd edilir ki, Xaçmaç  “dövlət naziri”nin doğulduğu kənddir. Həmin kəndlərdə doğumun stimullaşdırılması proqramına 2007-ci ildən Araik Arutyunyanın özünün təşəbbüsü ilə start verilib. Həmin vaxt  hər bir yeni doğulan övlada görə 500 dollar verilməyə başlanıb.  2013-cü ildən isə  bunun artıma təsiri olduğunu görən rejim mənsubları  həmin məbləği 2 dəfə qaldıraraq 1000 dollara çatdırıb.

Sultan Laçın

27848015_1395556600574061_298836667_n

27783740_1395556457240742_940162577_n

27720967_1395556387240749_391013631_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*