Saytımıza xoş gəlmisiniz

DSX əməkdaşları Alxanlıda mülki sakinlərə yardım edirlər

Oxunma sayı: 92

????????????????????????????????????

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik gostərilmiş, müxtəlif problemlərin həllində dəstək verilmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, 2018-ci ilin 15 iyul tarixində Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olmuşdur. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sancmış və təcili olaraq rayon xəstəxanasına gətirilmişdir.

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun-muşdur.

Müraciətə dərhal reaksiya verilmiş, şəxsi heyətin ilan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılmış və vətəndaşın həyatı xilas edilmişdir.

Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*