Saytımıza xoş gəlmisiniz

“Dünyada terroru qidalandıran, ona ilham verən dövlətlərdən biri məhz Ermənistandır”

Oxunma sayı: 104

ermeni-nubar-terror

Tofiq Abbasov: “Bu ölkənin hansısa dövləti terrorizmdə ittiham etməsi gülüncdür”

“Azərbaycanın terrora, terroristə münasibəti bəllidir və ölkəmiz hər zaman terrora qarşı mübarizədə aktiv iştirak edib, bu mübarizyə böyük töhfələr verib”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarını terror məkanına çevirməsi hər kəsə bəlli olan bir həqiqətdir:

“Dünyada terrorizmlə yaxından məşğul olan, onu qidalandıran, onu ilhamlandıran ölkələrdən biri məhz Ermənistandır. Ermənistan Dağlıq Qarabağı – Azərbaycanın işğal edilmiş torpaqlarını terrorositlərin məkanına çevirib. Bu, bütün dünyaya bəlli olan bir həqiqətdir. Odur ki, Ermənistanın kimisə terrordan ittiham etməsi gülüncdür.

Ermənistan həqiqətən də regionda sülh və təhlükəsizliyə nail olunmasını istəyirsə, ilk növbədə işğal edilmiş Azərbaycan torpaqlarını azad etməlidir. Azərbaycan öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək və bu, dövlətimizin rəsmi mövqeyidir. Nə qədər ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməyib, heç vaxt həqiqi rifah və inkişafa nail olmayacaq”.

Seymur ƏLİYEV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*