Saytımıza xoş gəlmisiniz

Düşmən gələn ay Laçının Qarıqışlaq kəndində üçmərtəbəli məktəb istifadəyə verəcək… – FOTO

Oxunma sayı: 85

246834

Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Laçın rayonunun “Tandzut”(yaxud “Sisernavank”) adlandırılmış Qarıqışlaq  () kəndindəki 3 mərtəbəli məktəb “Tüfengyan” xeyriyyə fondu tərəfindən təmir edilir.

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı erməni nəşrlərinin yaydığı məlumata görə,  məktəbin təmiri 2019-cu ilin mayından başlanıb. Hələlik iki mərtəbə təmir olunur. Birincə mərtəbədə direktor kabineti, hərbi kabinə, 1 sinif otağı, kompüter otaqları və iclas zalı, ikinci mərtəbədə isə 10 sinif otağı olacaq.

Azərbaycan torpağında erməni balalarına təhsil verəcək məktəbin oktyabrın əvvəlində istifadəyə veriləcəyi gözlənilir…

Qeyd: Bəzi mənbələr  Laçın rayonunun Quşçu kəndinin “Tandzut”,  qonşu Qarıqışlaq kəndinin isə “Sisernavank” adlandırıldığını bildirir. Lakin dəqiq məlumata görə, işğaldan öncə üçmərtəbəli məktəb məhz Qarıqışlaq kəndində olub.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*