Saytımıza xoş gəlmisiniz

Düşmən Qarabağda taktiki təlimləri başa çatdırıb

Oxunma sayı: 31

2018/11/23423-1542096245.jpgİşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun bir sıra bölmələri noyabrın 10-da taktiki təlimlərin keçirilməsini başa çatdırıb. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dörd mərhələdən ibarət təlimdə əsas diqqət müasir döyüşdə bölmələr, qoşun növləri və xidmətlər arasında məqsədyönlü qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə yönəldilib.

Yekun mərhələdə “müdafiəyə soxulmuş rəqibin məğlub edilməsi, ön xəttin bərpası, hücumun davam etdirilməsi və əlverişli xəttin ələ keçirilməsi” mövzusunda döyüş atışlı təlim keçirilib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*