Düşmən Qarabağda Xocalı soyqırımı günü təbliğata başlayır – 31 mart–Soyqırımı günü isə “seçki”lərə…
Oxunma sayı: 1. 673

Xəbər verdiyimiz kimi, müstəqil Azərbaycan Respublikasının ərazisinin 20 faizini təşkil edən işğal altındakı hüquqi-tarixi torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “mərkəzi seçki komissiyası” 2020-ci il martın 31-ə, yəni Azərbaycanlıların Soyqırımı gününə qeyri-qanuni “prezident və parlament” “seçki”ləri təyin edib.
Karabakh.TV Moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı yeni məlumata görə, qondarma rejimin “msk”-sı dünən- yanvarın 22-də keçirdiyi növbəti iclasda “prezidentliyə” və “deputatlığa” namizədlərin, eləcə də”partiya”ların qeydiyyat və təbliğat vaxtlarını da açıqlayıb. Qeydiyyyat 2020-ci il fevralın 15-dən 25-dək aparılacaq. Namizədlərin təbliğat kampaniyası isə fevralın 26-da, yəni Azərbaycan Respublikasının digər ərazilərində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 28-ci ildönümünün qeyd olunacağı gün start götürəcək və martın 29-u bitəcək…
Sultan Laçın