Saytımıza xoş gəlmisiniz

Düşmən taborlarının taktiki təlimi keçirilib

Oxunma sayı: 193

36355968_2101767650096931_5146853554987728896_n

Karabakh.tv xəbər verir ki, iyunun 28-də Qarabağda yerləşən Ermənistana məxsus hərbi hissələrdən birində, ordunun şərq istiqamətində müdafiə və hücum xarakterli taktiki təlim keçirilib.

Təlimin ssenarisinə əsasən ön xətdə yerləşən və döyüş növbəsi çəkən taborların şəxsi heyəti hücum əmrini yerinə yetirmişdir. Bu taborlara irəliləyən rəqibin qarşısını almaq və onun növbəti hərəkətlərini məhdudlaşdırmaq tapşırığı verilib.

Daha sonra yenidən qruplaşdırılan qüvvələr növbəti mərhələdə hədəflərə atəş açmış, əks-hücum planını həyata keçmişdir.

Təlimdə əsas məqsəd normativlərin yerinə yetirilməsinə və şəxsi heyətin peşə bacarığına qiymət vermək olub.

İbrahim RÜSTƏMLİ / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*