Saytımıza xoş gəlmisiniz

Düşmən tarixi yalanını səhnələşdirdi: “Ayın üstündəki canavar” Londonda…

Oxunma sayı: 311

211626

Böyük Britaniyanın paytaxtı Londondakı “Finboro” teatrında qondarma “erməni soyqırımı” ilə bağlı pyes səhnələşdiriləcək.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, “Ayın üstündəki canavar” adlı pyesdə uydurma “soyqırım”dan “xilas olan” Aram və Seda  adlı cütlüyün həyatından bəhs olunur. Pyesdə bu cütlüyün yad ölkədə ailə qurmaq, yaşamlarını davam etdirmək yolunda üzləşdikləri çətinlik və bu çətinliklərə qarşı apardıqları mübarizə yer alır.

Teatrdan sonra tamaşaçıların qondarma “erməni soyqırımı” üzrə mütəxəssislərlə görüşmək, onlardan bu barədə daha ətraflı məlumat almaq imkanı əldə edəcək.

Məlumat üçün qeyd edək ki, Ermənistan və xaricdəki erməni diasporu artıq uzun illərdir ki, dünyanı olmayan “erməni soyqırımı”na inandırmaq üçün siyasətlə yanaşı, mədəniyyət və incəsənətin də imkanlarından maksimum istifadə etməyə çalışır. Halbuki, bütün tarixi faktlar 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı heç bir soyqırımın aparılmadığını, əksinə, ermənilərin türklərə qarşı soyqırım həyata keçirdiyini göstərir.

Seymur ƏLİYEV

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*