Saytımıza xoş gəlmisiniz

Ekspert: Azərbaycan Fransanın ATƏT Minsk qrupundan çıxarılması məsələsini qaldırmaq hüququna malikdir

Oxunma sayı: 67

trend_osce_flags_240511

Fransa ATƏT Minsk qrupunun həmsədri qismində bütün imkanlarını bitirib, ona görə də Azərbaycan bu ölkənin bu qurumdan çıxarılması məsələsini qaldırmaq hüququna malikdir.

Bunu Trend-ə müstəqil ekspert Tahir Sabitov, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın Fransaya qanunsuz səfərini şərh edərkən deyib.

O bildirib ki, Qarabağ separatçısının Fransaya tez-tez baş verən səfərləri onu nümayiş etdirir ki, bu ölkə ənənəvi olaraq Ermənistanyönümlü siyasət yeridir:

“Məlumdur ki, Fransada güclü erməni lobbisi mövcuddur və məhz erməni oliqarxlar bu ölkədə prezident və parlament seçkilərinə sponsorluq edir. Ermənilər Fransa dövlət orqanlarına aparıcı vəzifələr tutur və ölkə daxilində müəyyən təsir rıçaqına malikdir. Fransa Prezidentinin regiona son səfəri zamanı Ermənistana getməsi, lakin Azərbaycana səfər etməməsi ikili standartlar siyasətinin göstəricisidir. Fransa ATƏT Minsk qrupunun həmsədri olaraq münaqişə tərəfləri arasında balansı qorumalıdır”.

Ekspert əlavə edib ki, faktiki olaraq işğalçı ölkəni dəstəkləməklə Fransa məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olan təşkilatda beynəlxalq vasitəçi kimi mövcudluğunu sual altında qoyur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*