Saytımıza xoş gəlmisiniz

Elman Məmmədov: “Ermənistanın silah-sursat arsenalı Rusiyanın öhdəliyindədir”

Oxunma sayı: 421

4816

“Rusiya ilə Ermənistan arasında hər iki dövlətə, xüsusilə Ermənistana lazım olan bütün razılaşmalar var”.

Bunu  Rusiya prezidenti Vladimir Putin və erməni həmkarı Serj Sarkisyan arasında baş tutan danışıqların nəticələrini izah edərkən millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, Ermənistanın silah- sursat arsenalı Rusiyanın öhdəliyindədir:

“Düzdür, yalandan deyirlər ki, guya Ermənistan bu silaha görə pul ödəyir. Əslində isə Rusiya pulu da Ermənistana kreditlə verir. Rusiya bu ölkədəki ordusunu silahla təmin edir. Düşmənin hava məkanının Rusiya tərəfindən qorunması, iki dövlət arasında birləşmiş qoşun hissələrinin yaradılması haqqında və s. razılaşmalar var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması sayəsində Ermənistan özünü qoruyur. Təşkilatın nizamnaməsindəki bəndə əsasən Ermənistana hər hansı hücum olarsa, bütün üzvlər, xüsusən Rusiya bu dövləti qorumağa borcludur”.

Ermənistan iqtisadiyyatının 80 faizindən çoxunun Rusiya tərəfindən idarə olunduğunu deyən deputat qeyd edib ki, düşmən Rusiyanın razılığı olmadan addım atmaq iqtidarında deyil:

“Yəqin Serj Sarkisyan yenə nə isə dilənməyə və ya tapşırıq almağa görə, Putinlə görüşəcək. Onları ayrı cür təsəvvür etmək mümkün deyil. Çünki bu cırtdan dövləti Rusiya yaradıb, tarix boyu istifadə edib və bu gün də onu müdafiə edir. Ermənistan Rusiyanın bir quberniyası rolunu oynayır. Belə olmasaydı, bu cırtdan dövlət torpaqlarımızı işğal altında saxlaya bilməzdi. Ermənistanın hazırkı durumu belədir: “tülkü qaya kölgəsində yatıb, elə bilir öz kölgəsidir””.

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*