Saytımıza xoş gəlmisiniz

Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü başladı

Oxunma sayı: 60

mammadyarov_150518

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün “Twitter” səhifəsində qeyd edib.

Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

Görüşdə E.Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazır olduğunu bəyan edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*