Saytımıza xoş gəlmisiniz

Erməni əsgər anasından etiraz: “Rəhbərlik günahlarını gizlətmək üçün hər şey edir”

Oxunma sayı: 26

gfj_1533801266_1533823330

“Onlar mənim yeganə övladımı öldürdülər” şüarı ilə ölən erməni əsgəri Hrant Manqasaryanın anası Ermənistan höküməti binası qarşısında etiraz aksiyası keçirib. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, öldürülən erməni əsgərinin anası onun ünvanına göndərilən məktubda yüksək vəzifəli şəxslərin laqeydliyi nəticəsində oğlunun öldüyünün qeyd olunduğunu bildirib.

“Belə olan halda həqiqətin üzə çıxarılmasında problem nədədir? Oğlum anbarın daxilində iş görürdü. Lakin qaydalara görə o, anbarın daxilində ola bilməzdi. Bu rəhbərlik öz günahlarını gizlətmək üçün hər şey edir”, – deyə erməni əsgərinin anası etiraz edib.

Erməni əsgərin anası, qumbaranın anbar rəisinin əlində olmasına baxmayaraq onun yalnız ayağının qırılmasına, lakin oğlunun ölməsinə təəccüb etdiyini bildirir.

Hrant Manqasaryanın anası istintaqın gedişatından narazı olduğunu, baş nazir və müdafiə naziri ilə görüş tələb etdiyini deyib.

Alpər Mövludoğlu
Ordu.az