Saytımıza xoş gəlmisiniz

Erməni dığa və axçiklər 4 tərəfdən ŞUŞAYA YÜRÜŞ EDƏCƏK…

Oxunma sayı: 211

30738939_1467548446708209_7741755873336229888_n

Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşmış erməni gənclər növbəti dəfə Şuşanın “azad edilməsinin 26 illiyi” münasibəti ilə yürüş keçirməyi planlaşdırırlar.

“KarabakhTV” xəbər verir ki, bu haqda  özünü qondarma separatçı-terrorçu rejimin “mədəniyyət, turizm və gənclər nazirliyinin” “mütəxəssisi” adlandıran Ani Kaplanyan məlumat verib.

2012-ci ildən bəri keçirilən belə yürüşlər ermənilərin Şuşanı işğal etmək üçün apardığı “Dağlarda toy” əməliyyatının əsas istiqamətləri üzrə icra olunur: mərkəzdən Xankəndi – Şuşa yolu,  qərbdən Kərkicahan – Şuşa və şərqdən  Şuşakənd – Şuşa istiqamətləri.

Bu dəfə erməni dığa və axçikləri üçün daha bir istiqamət şimal tərəfdən Kirs dağı – Şuşa istiqaməti də əlavə edilib.  Bunlara uyğun olaraq yürüş iştirakçıları  4  qrupa bölünəcək və  hər qrup əlində qondarma “DQR” bayrağının bir rəngindən parçanı tutaraq Şuşanın mərkəzinə çatanda onları birləşdirəcək və onu erməni kilsəsinin həyətində qaldıracaqlar. Burada keşiş onlara xeyir-dua verdkdən sonra mədəni şənlik tədbirləri keçirilməsi üçün Cıdır düzü, yaxud Daşaltı dərəsinə yollanacaqlar. Tədbirdə yalnız 16-30 yaşındakı dığa və axçiklərin iştirak etməsinə icazə verilir.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*