Saytımıza xoş gəlmisiniz

Erməni ekspert: “Terror təşkilatlarının hədəfinə çevrilə bilərik”

Oxunma sayı: 227

2019/02/16516-1550558284.jpg

“Ermənistan terror təşkilatlarının hədəfi halına gələ bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri dünən jurnalistlərlə görüşü zamanı hərbi ekspert Van Hambartsumyan səsləndirib.

Onun sözlərinə görə, Suriyaya kontingent göndərilməsi Ermənistan tərəfindən hökumət qüvvələrinə dəstək kimi dəyərləndirilə bilər.

“İndiyədək terror təhdidi baxımından Ermənistanın təhlükəsizliyi təmin edilib, lakin indi bu belə deyil. Suriyadakı münaqişədə terrorçu qruplara qarşı cəlb edilən Avropa ölkələrində terror aktlarını xatırlamaq kifayətdir. Bundan başqa kontingentin təhlükəsizliyinin necə təmin ediləcəyi qeyri-müəyyəndir”, – deyə ekspert bildirib.

Hambartsumyan əlavə edib ki, Suriya münaqişəsinə müdaxilə etmək əvəzinə, öz sərhədlərinin problemini həll etmək daha yaxşıdır.

“Bizim bir çox başqa problemlərimiz var. Bu gün Azərbaycan ciddi strateji mövqe üstünlüyünə sahib olmağa imkan verəcək mühəndis işləri aparır”, – deyə erməni hərbi ekspert əlavə edib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*