Saytımıza xoş gəlmisiniz

Erməni gəncləri hərbi xidmətdən qaçır

Oxunma sayı: 465

37339623_2119333945006968_5299017348567531520_n

Karabakh.tv xəbər verir ki, Ermənistanın milli təhlükəsizlik xidməti orduda kütləvi qanunsuzluq hallarının mövcudluğu barədə məlumat yayıb.

Məlum olub ki, 40 nəfər çağırışçını hərbi xidmətdən yayındırmaq məqsədilə bir qrup sadə vətəndaş, dövlət məmuru, həkim və komissarlıq nümayəndələri əlbir olaraq öz niyyətlərini həyata keçiriblər.

Nəticədə 40 nəfərdən çox çağırışçı təkcə 2018-ci ilin yay çağırış kampaniyasından kənarda qalıb. Bu işdə əsas rolu isə həkim Aramais Salosyan oynayıb.

Belə ki, mərkəzi toplanış məntəqəsinin sabiq hərbi qulluqçusu vətəndaşlarla razılığa gələrək hər birindən aldığı 14 min dollar rüşvət müqabilində tibbi sənədləri saxtalaşdırmış, sonra isə çağırışçılara möhlət hüququ vermişdir.

Komissarlığın istər xidmətdə olan, istərsə də ordudan tərxis olunmuş əməkdaşları, o cümlədən həkimlər və müxtəlif təşkilatların nümayəndələri bu qrupla sıx əlaqədə olmuşlar. Qrupa Koley Kosakyan rəhbərlik etmişdir.

Məlumatda o da xüsusi vurğulanır ki, yalnız 2018-ci ilin yay kampaniyası zamanı 40-dan çox çağırışçının ordudan yayınması,  hərb sistemində korrupsiya hallarının  “inqilab”dan sonrakı dövrdə də nəinki davam etməsini, həm də böyük miqyas almasını sübut edir.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*