Saytımıza xoş gəlmisiniz

Erməni hərbçidən etriraz: “Belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım”

Oxunma sayı: 127

2345345_1527150607

Ermənistanda aprel döyüşləri iştirakçısından, 2-ci qrup əlilliyinin məhrum edilməməsi üçün rüşvət tələb ediblər. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində işğal altında olan Kəlbəcər istiqamətində qar uçqununa düşərək, donvurma nəticəsində ayaq pəncəsini və dabanını itirən Albert Martoyan İrəvana gedərək, 2-ci qrup əllillikdən məhrum edilməməsi üçün jurnalistlərdən yardım istəmək niyyətindədir.

Məlumata görə, Ermənistanın Qeğarkunik vilayətinin Vardenis şəhər sakini Albert Martoyan müqaviləli hərbi qulluqçu kimi, 6 ay Kəlbəcərdə qulluq edib. 2016-cı ilin aprel döyüşləri ərəfəsində Kəlbəcərdəki ön xətt mövqelərində döyüş növbətçiliyi apararkən partlayış nəticəsində baş verən qar uçqununun altında qalıb.

Xidmət yoldaşları onu tapıb yardım edənədək, ayaq barmaqları və dabanını don vurub. Mayın 30-da Martoyanın don vuran bədən orqanları amputasiya edilib.

Tibbi-sosial ekspertiza agentliyində hesab edirlər ki, Martoyanın “ayaqları inkişaf edir” və o, bundan sonra 2-ci qrup əlillik tələblərinə cavab vermir.

Aprelin 27-də Martoyanı Xocavəndə ekspertizaya çağırıblar. Bildiriblər ki, tibbi-sosial ekspertiza agentliyi sədrinin müavinləri həmin rayonda qəbul keçirəcəklər. Martoyan onların qəbulunda olub və ona bildirilib ki, əgər sən bizə “şirinlik” verməsən, səni 3-cü qrup əlillik dərəcəsinə endirəcəyik.

Erməni KİV-lərinə müraciət edən keçmiş erməni hərbi qulluqçu artıq oktyabr 1-dən 3-cü qrup əlil olaraq qüvvəyə minəcək qərarın qarşısını almağa yardım etməyi xahiş edib. Onun sözlərinə görə, bu qanun qüvvəyə minərsə aldığı təqaüd tam yarıya endiriləcək. Martoyan ayaqlarını açıb, hələ də sağalmayan yaralarını göstərsə də, bunun heç bir fayda göstərmədiyini qeyd edib.

“Deyirlər ki, ayaqların inkişaf edir. Artıq iki ildir ki, inkişaf etməyən ayaqlarım bundan sonra necə inkişaf edə bilər. Ayaqlarım necə inkişaf edir, mən başa düşə bilmirəm. Qoy yenidən müayinə edib görsünlər, inkişaf edir, ya yox. “Dedilər ki, hara istəyirsən get şikayət et. Qorxacaq bir şeyimiz yoxdur. Əgər “şirinlik” versəm, 2-ci qrup əlliliyimi saxlayacaqlar, ancaq işsizəm, mənim maddi imkanım yoxdur”, – deyə keçmiş erməni hərbi qulluqçu ayaq yaralarını açaraq etiraz edib.

Tələb olunan “şirinliyin” həcmi 500 mindən 1 milyon dramadək dəyişir. Matoyan, bu barədə Ermənistan əmək və sosial məsələlər üzrə nazirliyin, əlillər fondunun rəhbərinə zəng edərək şikayət etdiyini bildirib. Fondun rəhbəri Artur Kesoyan isə cavabında, “şikayət ünvanlarını yaxşı bilirsən, hara istəyirsən get şikayət et. Mən heç bir şey edə bilmərəm” deyə bildirib.

Martoyan, Xocavənddə yoxlama zamanı onun kimi 30-40-dək aprel döyüşləri iştirakçısının təqaüdlərdən mərhum edilməsinin şahidi olduğunu qeyd edib.

“Xocavənddə 30-40 adamı da mənim kimi təqaüdlərdən məhrum etdilər. Əgər belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım”, – deyə o şikayətlənib.


Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*