Saytımıza xoş gəlmisiniz

Erməni hərbçilərinin psixoloji durum problemi…

Oxunma sayı: 167

42928851_1924400577854984_6403040577494974464_n

Qondarma “DQR”-in statusu bəlli olmayan özünümüdafiə qüvvələrindəki yarıtmaz durum haqqında erməni kütləvi informasiya vasitələri mütəmadi olaraq özləri məlumat verirlər. Bu səpkidə olan informasiyalarda işğal olunmuş Azərbaycan torpaqlarına məcburi xidmətə göndərilənlərin qısa müddət ərzində psixoloji problemlərə düçar olmaları olduqca aydın bir şəkildə əks olunur.

Qeyri normal zabit-əsgər münasibəti, şəxsi heyətdəki xəstəlik dərəcəsində olan ruh düşkünlüyü, sovetlər dönəmindən qalan “dedovşina” prinsipləri, hərbi biliklərin sıfır dərəcəsində olması, silahdan düzgün istifadə etməmək, yox dərəcəsində olan maddi təminat və bu kimi amillər bir daha Ermənistanın Azərbaycan torpaqlarındakı silahlı qüvvələrinin acınacaqlı vəziyyətindən xəbər verir.

Elə bunun səbəbidir ki, intihar hadisələri, bir-birlərini silahla öldürmək, işgəncə halları erməni hərçilərinin arasında tez-tez baş verir.

Digər bir tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin günü-gündən qüdrətlənməsi, ermənilərin cəhd etdikləri istənilən bir təxribata vaxtında layiqli cavab verməsi hərbi xidmətə hədə-qorxu ilə göndərilən erməni gənclərində psixolji durumu son həddə çatdırıb.

Xüsusilə Aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyinin mifləşdirdiyi silahlı qüvvələrinin nəyə qadir olduğunu özləri də etiraf etməyə başladılar.

Hazırki dövrdə isə Ermənistanın siyasi müstəvisində baş verən hadisələr, çəkişmələr, Paşinyanın siyasi iddiaları, Qarabağ klanı ilə mübarizəsi ermənilər üçün yaxşı heç nə vəd etmir. Sözsüz ki, bu qeyri sabit vəziyyət də Ermənistan ordusuna öz mənfi təsirini göstərir və orduda cinayət halları, fəraririlik, rüşvət faktları günü-gündən artır.

Belə faktlardan biri də oktyabr 1-də baş verib. Armenpress informasiya agentliyinin məlumatına görə 10:50 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrin birində 1997-ci il təvəllüdlü erməni əsgər Qevork Haroyan odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. Yaralı əsgər hərbi hospitala köçürülsə də onun həyatını xilas etmək mümkün olmayıb. Haroyan saat 15 radələrində dünyasını dəyişib.

Ermənistan ordusunda bu kimi faktların artması qaçılmazdır. Səbəbi isə elə ermənilərin özlərinə də bəllidir. Güclü iqtisadiyyatı olmayan ölkənin güclü ordusu, mükəmməl siyasəti olmayan dövlətin güclü əsgəri ola bilməz.

Və ən nəhayət, dünya tərəfindən qəbul olunan danılmaz bir fakt da var ki, Azərbaycan bütün sahələrdə Ermənistandan dəfələrlə üstündür. Zamanında erməni siyasiləri bunu dərk etməzlərsə, uçuruma doğru sürətlə irəliləyən Ermənistanı heç kim bu acınacaqlı vəziyyətdən çıxara bilməyəcək…

İlham Cəmiloğlu

Karabakh.TV  

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*