Saytımıza xoş gəlmisiniz

Erməni hərbi ekspert: “Hücum qısa vaxtda baş verəcək və itkilərimiz çox olacaq”

Oxunma sayı: 542

101892234234_1510667383_1520868745

“Türkiyənin Naxçıvandan İrəvana hücum edəcəyi gün uzaqda deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Vahan Badasyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistan dagılma təhlükəsi qarşısındadır. O, ölkəni tərk edənlərin sürətlə artdığını, iqtisadiyyatın talan edilməsini və xarici çağırışların artmasını, həm Azərbaycan, həm də Türkiyə tərəfindən müharibə təhlükəsinin artmasını, o cümlədən Türkiyənin Ermənistana hücum edəcəyi günün uzaqda olmadığını bildirib.

“Türkiyə Azərbaycan ərazisi olan Naxçıvandan Ağrı vadisi istiqamətində İrəvana hücum edəcək. Hakimiyyət tərəfindən cəmiyyətin belə bir qarışıqlığı dövründə rəqibə qarşı müdafiə təşkil edə bilməyəcəyik. Belə bir hücum qısa vaxtda baş verəcək və itkilərimiz çox olacaq”, – deyə o qeyd edib.

O, yaranmış vəziyyətdən çıxış yolunu, yalnız hakimiyyət dəyişikliyində, yeni qüvvələrin formalaşmasında gördüyünü vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*