Saytımıza xoş gəlmisiniz

Erməni “harsın”ları Qubadlının Xanlıq kəndində 47 ton tütün yetişdirdi…-VİDEO

Oxunma sayı: 1. 274

Azərbaycan Respublikasının işğal altındakı Qubadlı rayonunun “İşxanadzor” adlandırılmış Xanlıq kəndində əsasən ötən ildən başlanan tütün yetişdirmə kampaniyası artıq öz bəhrəsini verib.

Karabakh.tv Moderator.az-a istinadən xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə,  əksəriyyəti “harsın”lar (yaşlı erməni qadınları belə adlandırılır) olan 40-a yaxın erməninin iştirakıyla 35 hektarlıq tütün sahəsindən 47 ton məhsul yığılıb və hazırda qurudulma prosesini keçir.

Tütün yığımının noyabrın ortalarınadək başa çatacağı bildirilir.

Xatırladaq ki, Xanlıq kəndində ermənilərin tütün yetişdirmə kampaniyası ötən ildən separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” sayılan, “Azad vətən” “partiya”sının lideri, “prezident”liyə namizəd Araik Arutyunyanın təşəbbüsü ilə “Masis” tütün şirkəti tərəfindən başladılıb.

Ümumiyyətlə, Xanlıq kəndi ermənilərin sürətli məskunlaşdırma həyata keçirdiyi ən böyük kəndimizdir. Son illər kəndə 150-yə yaxın yeni ev tikilib və onlara Suriyadan köçən erməni ailələri də yerləşdirilib. Hazırda bu qədim Azərbaycan kəndində 600-a yaxın erməni sülənməkdədir…

Sultan Laçın 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*