Saytımıza xoş gəlmisiniz

Erməni jurnalist: “Əgər silah alqı-satqıları gizlədilmirsə, gurultulu bəyanatlar verməyə ehtiyac yoxdur”

Oxunma sayı: 106

2019/06/Karen-1560408330.jpg

“Ermənistanın Baş naziri Nikol Paşinyan son 1.5 ildə misli görünməmiş silah alqı-satqıları həyata keçirdiyimizlə bağlı həvəsləndirilmiş bəyanat verdikdə Azərbaycan tərəfi bunu bizə qarşı istifadə edə bilər”.

Karabakh.TV Ordu.az-a istinadən xəbər verir ki, bunu “Razm.info” saytının koordinatoru Karen Vrtanesyan deyib.

O qeyd edib ki, Ermənistanın ordunu yeniləməyə, silahlanmanı yeniləməyə davam etməyi çox yaxşıdır, lakin gurultulu bəyanatlar vermək lazım deyil, çünki Azərbaycan deyə bilər ki, Ermənistan misli görünməmiş silah atqı-satqıları həyata keçirir və bizə hücum etməyə hazırlaşır.

Vrtanesyanın sözlərinə görə, əgər silah alqı-satqıları gizlədilmirsə, bu cür bəyanatlar verməyə ehtiyac yoxdur.

“Heç kim silah alqı-satqılarının edilmədiyini demir, lakin bir çox müqavilələr çoxdan imzalanıb. Elə deyil ki, silahlanma müqavilələrini bir gündə imzalayasan, növbəti gün isə silahı alasan”, – deyə o bildirib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*