Saytımıza xoş gəlmisiniz

Erməni politoloq: “Əgər Azərbaycan hücuma keçərsə, ilk növbədə Türkiyə zərbə endirəcək”

Oxunma sayı: 28

705166_4429721654458_107824346_1523087217

“Ötən gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin növbəti dəfə Ankaraya səfər etdi. Son vaxtlar Rusiya ilə Türkiyə arasına qarşılıqlı səfərlər mütəmadi xarakter daşımağa başlayıb və müəyyən mənada prioritet hala çevrilib”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu politoloq Hayk Martisoyan bildirib.

Onun sözlərinə görə, son dövrlər dünyada baş verən geosiyasi dəyişikliklər Türkiyə ilə Rusiyanı bir mövqedən çıxış etməyə sövq edir.

“Hər iki dövlətin həm qarşılıqlı, həm də Qərblə problemləri var. Lakin hər iki dövlət taktiki mövqedən çıxış edərək, bunlara önəm verməməyə, yaxud müvəqqəti unutmağa üstünlük verirlər. Rusiya-Türkiyə münasibətləri isə hər zaman Ermənistan üçün ağır itkilərə səbəb olub. Bu, erməni-türk protokollarının etibarsız hesab olunmasından sonra Rusiya ilə Türkiyənin ilk təmasıdır”, – deyə o bildirib.

Cəbhədə baş verən proseslərə də toxunan erməni politoloq, Rusiya-Türkiyə yaxınlaşmasında öz qorxusunu gizlədə bilməyib: “Rusiya-Türkiyə münasibətlərində ermənilər hər zaman ayıq-sayıq olmalıdır. Əgər, cəbhədə Azərbaycan hücuma keçərsə, ilk növbədə Türkiyə zərbə endirəcək”.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*