Saytımıza xoş gəlmisiniz

Erməni politoloq: “Qarabağ məsələsi ilə spekulyasiya edirlər”

Oxunma sayı: 37

2018/11/Levon-1542364146.jpg

“Hər zaman deyirəm ki, Qarabağ məsələsində biz irəli getməliyik. Seçkiqabağı siyasi qüvvələr tərəfindən təbliğat zamanı Qarabağ məsələsində indiyədək mövcud olan variantı müzakirə etməməyi təklif edirəm. Ona görə ki, indiyədək olan məsələ öz həllini tapıb. Qalanlarını isə bir gün formalaşdırarıq. Qarabağ məsələsi daha mövcud deyil, onunla süni şəkildə spekulyasiya edirlər”.

Ordu.az xəbər verir ki, bunu parlamentə seçiləcəyi halda Qarabağ məsələsinin həlli məqsədilə hansı variantı təklif edəcəyinə dair sualı cavablandırarkən “Xristian demokratik dirçəliş” partiyasının seçki siyahısına başçılıq edən erməni politoloq Levon Şirinyan bildirib.

KTMT-nin Baş katibinin təyin olunmasına da toxunan erməni politoloq qeyd edib ki, təşkilatın Baş katib vəzifəsi Ermənistan üçün vacibdir və bundan başqa bu məsələ həm də ləyaqət məsələsidir.

“Ermənistan veto hüququndan istifadə edib. Bunu davam etməlidir və son. Baş katibi geri çağırmaq bizim səlahiyyətimiz daxilindədir. Ermənistan hakimiyyətinə təklif edirəm ki, öz baxışlarını müdafiə etsin və güzəştə getməsin. Əgər KTMT öz mövqeyini müdafiə etməlidirsə, o zaman təşkilatın islahatlara və siyasi savada ehtiyacı var. Biz ardıcıl və düzgün fəaliyyət göstərmişik və bu xətti davam etdirməliyik”, – deyə Şirinyan bildirib.

Erməni jurnalistin “Dekabrın 6-da nəzərdə tutulan Paşinyan-Putin görüşündən sonra Ermənistanın KTMT-də Baş katib vəzifəsini qoruyub saxlaması mümkündürmü?” sualına Levon Şirinyan belə cavab verib: “Güman edirəm ki, Putin KTMT-nin Baş katibi məsələsində Paşinyana güzəşt edəcək və Ermənistanın dövlət maraqlarına tərəf addım atacaq”.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*