Saytımıza xoş gəlmisiniz

Erməni politoloqdan Paşinyana etiraz: “Biz tam müdafiə olunmuşuq?”

Oxunma sayı: 80

3cc2aff7-5670-1000x708-100-scale_1536568802

“Ermənistan müdafiə nazirliyinin hərbi bölməsi Suriyada erməni bayrağı altında fəaliyyət göstərəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətində qısa söhbəti zamanı danışıb.

Paşinyan, bəzi həqiqətə uyğun olmayan məlumatlar və anlaşılmazlıqlar var deyə bəzi məlumatları təkzib etməyə çalışıb.

“Müdafiə nazirliyinin mütəxəssislərindən ibarət olan dəstə Ermənistan bayrağı altında fəaliyyət göstərəcək. Söhbət Hələbin erməni icmasına yardım göstərəcək həkim və istehkamçılardan gedir”.

Paşinyan söhbət çərçivəsində, rabitə mütəxəssislərindən ibarət hərbi bölmələrin hansı məqsədlə göndəriləcəyini izah etməyib. .

Məsələ ilə bağlı erməni politoloq Styopa Safaryan “Facebook” səhifəsində özünəməxsus şəkildə iki cümlə ilə Paşinyana etiraz edib: “Terrorçuluq riskləri dəyərləndirilib? Biz tam müdafiə olunmuşuq?”.

Qeyd edək ki, Suriyaya göndəriləcək erməni hərbi birləşmələri Rusiya hərbi birləşmələrinin tabeçiliyi altında olacaq.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*