Saytımıza xoş gəlmisiniz

Erməni sahibkar günahını etiraf etdi

Oxunma sayı: 283

34670055_2081116062162090_7510490683518484480_n

Karabakh.tv xəbər verir ki, “Horfolk Konsaltinq” şirkətinin baş direktoru Armen Unanyan haqqında qaldırılan cinayət işindən sonra öz günahlarını etiraf edərək ərizə ilə istintaq orqanlarına müraciət edib. Müraciətdə deyilir:

“Fəaliyyətim dövründə vergi qanunvericiliyini pozduğuma görə şəxsi təşəbbüsümlə 4 iyun 2018-ci ildə dövlət büdcəsinə 3 miliyon dollar pul köçürmüşəm. Yaxın 7-10 gün ərzində büdcəyə daha 1,5 milyon dollar köçürmək niyyətindəyəm. Mənim və əməkdaşlarımızın hüquqları istintaq zamanı milli təhlükəsizlik xidməti tərəfindən qorunub.”

Xatırladaq ki, “Horfolk Konsaltinq” şirkətinin vergidən yayınma səbəbindən dövlət büdcəsinə vurduğu ziyan 7 milyon dollar civarındadır.

Hazırladı: İbarhim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*