Saytımıza xoş gəlmisiniz

Erməni-türk sərhəddinin açarı kimin əlindədir?

Oxunma sayı: 300

38207493_2136753413265021_1165167804987473920_n

Rəsmi Moskvanın Robert Köçəryanla Xaçaturovun həbsi ilə bağlı yüngülvari məzəmmətindən sonra Rusiya Ermənistan münasibətlərinin necə sürətlə dəyişə biləcəyindən bütün dünya KİV-ləri yazır.

Karabakh.tv xəbər verir ki, bu fikirlər Lragir.am saytında dərc olunan məqalədə səsləndirilib.

“Belə bir fonda erməni-türk sərhəddinin Gümrü ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Türkiyə vətəndaşını saxlaması və onun telefonundan sərhəddəki mühəndis qurğularının şəklinin çıxması barədə yayılan məlumatlar çox qəribə səslənir.

Sərhəddə cəsuslar tez-tez ələ keçirilmir: bəlkə tutulurlar, amma buraxılırlar, bəlkə onların sayı, doğrudan da, çox deyil. Hər halda, Ermənistan ictimaiyyəti bu haqda yalnız o vaxt xəbər tutur ki, bu haqda rus hərbçiləri ictimaiyyətə rəsmən məlumat verir.”

Rusiyaya qarşı kəskin aqressiya ilə yadda qalan məqalədə şimal qonşumuzun “cəsus ovu”na erməni mediası sonda zünəxas don geyindirir:

“Məsələ burasındadır ki, sərhəddə cəsusun tutulması Rusiya-Ermənistan münasibətlrinin tam gərginləşdiyi bir vaxtda baş verir.

Belə bir məlumatın yayılması heç şubhəsiz, Rusiyanın Ermənistana xəbərdarlığı kimi dəyərləndirilə bilər.

Yəni: Unutmayın! Erməni-türk sərhəddinin açarı Rusiya Federasiyası Sərhəd Qoşunlarının əlindədir.”

İbrahim Rüstəmli / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*