Saytımıza xoş gəlmisiniz

Erməni xisləti Anna Akopyanın təqdimatında…

Oxunma sayı: 176

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Rusiyadan gəlmiş və statusları bəlli olmayan bir qrup qadınla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Onlar təmas xəttində işğalçı erməni ordusunun hissələrinə baş çəkiblər. Onları qodarma rejimin qondarma rəhbəri Bako Saakyan və yüksəkçinli hərbçilər müşayiət edib.

Anna Akopyanın Azərbaycan torpaqlarına təşrifi “Qadımlar sülh tərəfdarıdır” kampaniyasının keçirilməsi ilə bağlı olub. Və o, sülh çağırışları ilə bağlı bəyanatlar verib. Təəccüblənməyin. Bəli, oğlunu  işğal olunmuş Azərbaycan ərazisinə hərbi xidmətə göndərən Anna Akopyan sülhə çağırış edib. Başqa nə gözləmək olardı ki??? Erməni xislətində həyasızlıq həmişə özünü qabarıq şəkildə biruzə verib.

Sizə təqdim etdiyimiz videoda bunun bir daha şahidi olacaqsınız…

İlham Cəmiloğlu

Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*