Saytımıza xoş gəlmisiniz

Ermənilər 1992-ci ilin mayında Şuşa türməsinə belə daxil olublar… – Video

Oxunma sayı: 719

1992-ci il mayın 8-9-da tamamilə işğal edilmiş Şuşa şəhərində  yerləşən cəzaçəkmə müəssisəsinə erməni hərbçilərinin  daxil olmasını əks etdirən video-kadrlar yayılıb. “KarabakhTV” həmin görüntüləri Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim edir.

Xatırladaq ki, 1992-ci il mayın 8-də Şuşa şəhərinin ermənilərin daha çox müqavimətə rast gəldiyi  müdafiə nöqtələrindən biri məhz Şuşa türməsi olub. Burada saatlarla döyüş gedib. Müəssisə rəhbərliyinin qərarı ilə son məqamda azadlığa buraxılmış məhbuslar da silaha sarılaraq düşmənə qarşı vuruşublar. Ermənilərlə qeyri-bərabər döyüşdə Şuşa türməsinin əməkdaşı Gündüz Səmədov qəhrəmancasına şəhid olub…

Düşməni daha yaxşı görüb nişan almaq üçün qülləyə qalxan Gündüzü erməni snayperi alnından vurub… Bundan bir neçə saat öncə ermənilər Şuşaya hücuma başlayan kimi məhz Gündüz Səmədov həbsxana rəisinin növbətçi köməkçisi olaraq oradakı 30-a yaxın dustağı azad edib ki, ermənilərə əsir düşməsinlər…

Allah rəhmət eləsin!..

Onu da xatırladaq ki, 1991-ci ilin payızınadək 500-ə yaxın erməni yaraqlısının dustaq saxlandığı Şuşa türməsində artıq 4-cü ildir ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgrov və Şahbaz Quliyev əsir saxlanılır…

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*