Saytımıza xoş gəlmisiniz

Ermənilər Aprel döyüşlərində yaralanan əsgərlərin müalicəsini tələb edirlər

Oxunma sayı: 107

32869052_2069512686655761_6811143615432097792_n

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün İrəvanda baş nazirin iqamətgahı yaxınlığında eyni anda bir neçə qrup etiraz aksiyası keçirib. Onlardan birincisi hərbi komissarlıqlardan ixtisara düşən yüzlərlə əməkdaş, digəri isə taksi sürücüləridir. Onlar lisenziya ilə bağlı qaydaların bütün sürücülər arasında paylanmasını və radarlar tərəfindən qeydə alınan hərəkət qaydaları pozuntusuna görə ödəməli olduqları cərimələrin ləğvini tələb edirlər.

Digər qrup isə minik maşınlarının ixracı ilə məşğul olanlardan ibarətdir. Onlar gömrük qaydalarını dəyişdirilməsini tələb edirlər.

“Nairit” zavodunun keçmiş əməkdaşlırı isə zavodun bərpasını və indiyədək ödənilməyən əmək haqqlarının verilməsini tələb edirlər. Onların arasında Ararat sement zavodunun,  qızıl emalı zavodunun, həmçini Aqarak mis-molibden kombinatının əməkdaşalrı da yer alıb.

Etirazçılrın digər qrupu isə “Taron, rədd ol!” deyərək İrəvan merinin iqamətgahına soxulmuş, onun kabinetinə girməyə çəhd göstərmişdir.

Bu gün həm də Aprel döyüşlərində yaralananların valideynləri müdafiə nazirliyi qarşısında etiraz kampaniyasına başlayıb. Onlar Aprel döyüşlərində yaralanan əsgərlərin sağlamlıq probleminin bərbad durumda olduğunu bildirir və problemin həllini tələb edirlər.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*