Saytımıza xoş gəlmisiniz

Ermənilər Kərkicahan yaxınlığında xaçşəkilli kompleksin tikintisini tamamlayır…

Oxunma sayı: 266

208224

27 il öncə bu ərazidə son həlledici döyüşlər gedirdi…

Azərbaycanın 28-ci ildir ki,  əsarətdə qalan torpaqlarında qondarılmış separatçı terrorçu erməni rejimi Xankəndinin Kərkicahan qəsəbəsi yaxınlığındakı “Haykavan” adlanan məhəllədə yuxarıdan xaç formasında görünən mədəni idman kompleksi tikir.

Moderator.az xəbər verir ki, bu haqda separatçı nəşrlər məlumat yayıb. Tamamlanmaqda olan tikinti işləri ilə tanış olmaq üçün qondarma rejimin oyuncaq başçısı  Bako Saakyan kompleksə baş çəkib. Qəbiristanlığa da bənzəyən bu əndrəbadi kompleks  Xankəndinin, demək olar ki, hər yerindən görünəcək.

P.S. Xatırladaq ki, 27 il öncə – 1991-ci ilin bu günlərində Kərkicahan  uğrunda sonuncu – həlledici döyüşlər gedirdi…

Sultan Laçın

208226

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*