Saytımıza xoş gəlmisiniz

Ermənilər Qarakənddə qarabaşaq zavodu açdı… – Fotolar

Oxunma sayı: 116

37019808_1582813585181694_2495228879166242816_n

26 ildir işğal altında qalan Xocavənd rayonunun “Berdaşen” adlandırılmış Qarakənd kəndində qarabaşaq zavodu açılıb.

“KarabakhTV” xəbər verir ki,  qondarma separatçı rejimin “kənd təsərrüfatı naziri” adlanan Jirayr Mirzoyan kəndə gələrək müəssisənin işi ilə tanış olub. Zavoda rəhbərlik edən “Eriz qrup” şirkətinin  rəhbəri Sergey Qriqoryan bildirib ki, 7 işçisi olan kiçik zavod sutkada 15 ton qarabaşaq istehsal etmək imkanına malikdir.

Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Qarakənd səmasında Azərbaycanın Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev, Alı Mustafayev və s. kimi dövlət və ictimai xadimlərin getdiyi vertolyot erməni terrorçuları tərəfindən vurulmuşdu.

Sultan Laçın

36998479_1582812821848437_3378072502214328320_n

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*