Saytımıza xoş gəlmisiniz

Ermənilər Qubadlının Xanlıq kəndində yeni 50 ev tikir… – Foto

Oxunma sayı: 374

28741677_1423528774443510_760931844_n

Bu yaşayış məntəqəsinin inkişafı separatçı-terrorçu erməni rejimi üçün xüsusilə vacibdir…

25-ci ildir ki, işğal altında olan Qubadlı rayonunun “İşxanadzor” adlandırılımış Xanlıq kəndində 2017-ci ilin noyabrından başlanmış 50 yeni evin tikintisi davam edir. “KarabakhTV” yazır ki, bu haqda  Xanlıq kəndinin qanunsuz erməni başçısı Arsen Telunts jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2016-2017-ci illərdə  qondarma separatçı-terrorçu rejim və ”Kaşataq”  xeyriyyə fondunun dəstəyi  ilə kənddə bir 18 mənzilli bina və 22 yaşayış evi inşa edilib. A.Telunts əlavə edib ki, “Tüfenkyan” xeyriyyə fondu və “Hayrener” ictimai təşkilatı da  yaşayış evləri, məktəb tikintisi  və digər layihələrin həyata keçirilməsinə öz töhfələrini veriblər. Ötən il 3 mərtəbəli məktəb binası təmir edilib. Hazırda  məktəbdə 105 şagird var. Lakin Xanlığı zəbt etmiş ermənilərin uşaq bağçası  problemi mövcuddur.

Separatçı rejimin nümayəndəsi Xanlıq  kəndində meyvə ağaclarından ibarət 10 hektarlıq yeni bağ salınacağını da qeyd edib. 30 hektar ərazi kol-kosdan təmizlənərək tərəvəz və digər məhsulların istehsalı üçün istifadə olunacaq. İlkin razılaşmaya görə, istehsal ediləcək meyvə və tərəvəz  Xankəndindəki “Artsakh Fruit” konserv zavoduna satılacaq.

“Kənddə  donuz və quş fermaları da inşa edilməkdədir. Tikinti işləri artıq başlayıb.  Quşçuluq fermasında inkubator şöbəsi də olacaq. Bütün bunlar kəndliləri yeni iş yerləri ilə təmin edəcək və  kəndə gəlir gətirəcək. Həmçinin, kəndin iki  məhəlləsini birləşdirmək üçün Həkəri çayı üzərində  körpü  də inşa edilir”,- deyə Azərbaycan kəndinin erməni rəhbəri söyləyib.

Xəbərdə vurğulanır ki,  Xanlıq kəndi – “Kaşataq rayonunun”(Laçın, Qubadlı, Zənglilan ərazisi)  cənubunda  Həkəri və Bərgüşad çaylarının  daxili sahillərində mərkəz rolunu oynayır.  Laçın-Zəngilan və Gorus-Hadrut yollarının kəsişməsində yerləşən kənd strateji əhəmiyyətə malikdir və bu yaşayış məntəqəsinin inkişafı  erməni “hakimiyyət” orqanları üçün xüsusilə vacibdir.

28537922_1423529397776781_198818345_n

28536727_1423529281110126_1307055409_n

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*