Saytımıza xoş gəlmisiniz

Ermənilər Sərsəng SES-in 40 illik yubileyini keçirdi…

Oxunma sayı: 36

A.Arutyunyan:“Mən sizi inandırıram ki, 40 ildən sonra Qarabağda odun, qaz, benzin, dizel yanacaqları işlənməyəcək…”

Noyabrın 14-də separatçı erməni rejimi Xankəndində “Sərsəng SES”-in 40, “Artsax SES” “Açıq Səhmdar Cəmiyyəti”nin isə 11 illiyinə həsr edilmiş  bayram tədbiri keçirib.

“Mən sizi inandırıram ki, 40 ildən sonra Qarabağda odun, qaz, benzin, dizel yanacaqları işlənməyəcək. Çünki bizdə  istehsal edilən elektrik enerjisi hər şeyə yetəcək. Avropa ölkələrinə son səfərimlə bağlı mən bir sıra investisiya layihələri barədə məlumat verdim. Bu gün, demək olar ki, biz “Artsax”a 100 milyon dollardan artıq sərmayə qoyulmasıyla bağlı razılıq olduğunu bəyan edə blərik”. Moderator.az xəbər verir ki, Xankəndindəki ingilisdilli separatçı erməni nəşrlərini  yaydığı məlumata görə,  bu sözləri yubiley tədbirində   qondarma rejim başçısının “xüsusi müşaviri” hesab edilən  Araik Arutyunyan söyləyib. Separatçı  məmurun sözlərinə görə, həmin layihə çərçivəsində Sərsəng su anbarından Tərtər çayının sağ sahili boyu kanal çəkilməsi nəticəsində 10 min hektar məhsuldar Azərbaycan torpağının sulanması təmin edilməklə həmin torpaqlar işğalçı ermənilərə məhsul verəcək.  A.Arutyunyan tezliklə işğal altındakı Azərbaycan ərazilərində 1 MBt gücündə günəş elektrik stansiyası da tikiləcəyini iddia edib.

“Artsax SES” “ASC”-nin  baş direktoru Vaqram Beqlaryan öz çıxışında deyib ki, son 11 ildə artıq Sərsəng SES-ə 7 kiçik su elektrik stansiyası da qoşulub.

“Əgər 20017-ci ildə Sərsəng SES 80-90 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edirdisə, bu gün həmin rəqəm 120 faiz böyüyüb. Biz  planlaşdırırıq və gözləyirik ki, 2019-cu ildə  bu SES 220 milyon kilovatsaat enerji istehsal edəcək. Bu gün “Artsax”da Sərsəng  SES-dən əlavə,  elektrik enerjisi istehsal edən 10-dan çox müəssisə var”-deyə V. Beqlaryan bildirib.

Tədbirdə çıxış edən digər rəhbər separatçı məmurlar yubileyi münasibətilə sözügedən qurumların kollektivlərini təbrik edib, fəal əməkdaşlara mükafat və hədiyyələr verilib.

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*